İlham Əliyev adına Olimpiya İdman Kompleksində 12 Avqust – Beynəlxalq Gənclər Günü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar idmançılar arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib.
7 komandanın iştirakı ilə keçirilən oyunda iştirakçılara 24 sual səsləndirilib. “Zəfər” komandası yarışmanın qalibi olub. “Güləşçilər” və “Ulduz” komandaları müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar. Komandaların üzvləri diplom və fəxri fərmanla təltif olunublar.
Yarışmanın məqsədi idmançıların intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.